Qəbulda qalmaqal: Ərdoğanla görüşdəki foto Türkiyə ilə İranı üz-üzə gətirdi (FOTO)

img

15-12-2015 [22:09]


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran prezidentinin müavini İshaq Cahangiri arasında Türkmənistanda keçirilən ikitərəfli görüş zamanı İran bayrağının qoyulmaması və hər iki rəsmi şəxsin əyləşdiyi stullar arasındakı fərq qalmaqala səbəb olub.

Belə ki, Türkmənistanın paytaxtı Aşqabadda Tərəfsizlik konfransı çərçivəsində baş tutan 20 dəqiqəlik görüş İran mediasının ciddi tənqidinə səbəb olub.

İrandakı bəzi media qurumları sözügedən görüşdə İran bayrağının olmamasına, Ərdoğan və Cahangirinin oturduğu stulların fərqinə və türk liderin əyləşmək qaydasına diqqət çəkərək İranın alçaldıldığını bildiriblər.

Lakin adı açıqlanmayan iranlı rəsmi şəxs İranın alçaldılması haqda fikirləri rədd edib. O, buna baxmayaraq, rəsmi Tehranın məsələyə lazımi cavab verəcəyini açıqlayıb(Axar.az).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA