20-12-2015 [14:03]
ANS TV Xəbərlər Xidmətinin Baş Redaktoru Xanım Yadigarlı ANS-in xüsusi müxbirinin sualı ətrafındakı qalmaqala rəy bildirib.
- Dünən həmkarım və əməkdaşımız Qənirə Ataşovanın ABŞ Dövlət Departamentinin mətbuat katibinə ünvanladığı sualına mənşəyi və məqsədi bəlli olmayan bir sira cırtdan saytlarda dərc olunan şərhlər və birmənalı olmayan reaksiyalar məni məyus etməyə bilməzdi…
Azərbaycan müstəqil dövlətdir və köləlik dövründən 20 ildən çoxdur ki çıxıb və vuruşaraq istiqlaliyyət qazanıb. Ərəb, Rus, İngilis, Fars, Fransız, Alman və digər dilllərə hörmət etsə də dövlət dili olaraq yalnız Azərbaycan dilini seçib. ANS TV rəhbərliyi Xarici bürolarına rəhbər seçərkən əsasən savada, təfəkkürə, reportyor və analitik qabiliyyətinə önəm verir, müxbirlərimizin əcnəbi dili səlis bilməsi məsələsini əsas qoymur, elə buna görə də bürolarda tərcüməçilər çalışır… Jurnalist Qənirə Ataşovaya gəldikdə isə, O, 20 ildən artıqdır ki, bu sahədə çalışır, Azərbaycanın ən ağır günlərində peşəkarlıqla xalqa xidmət edib, beynəlxalq jurnalistika assosasiyaları tərəfindən dəfələrlə qiymətləndirilib, Azərbaycan rəhbərliyii tərəfindən mükafatlandırılıb. Mən çəkinmədən onu dünya miqyaslı jurnalist adlandırıram. Qənirə xanım ANS-in ABŞ bürosunda artıq 8 aydan çoxdur ki, fəaliyyət göstərir və 120-dən çox reportaj hazırlayıb. Onların arasında ABŞ-ın bir sıra yüksək vəzifəli şəxsləri ilə müsahibələr də olub – o cümlədən elə adı çəkilən Ceyms Uorliklə… ABŞ dövlət departamentinin adı çəkilən mötəbər mətbuat konfransına müəmmalı səbəbdən ANS-in tərcüməçisi daxil ola bilməyib və Qənirə Ataşova Azərbaycan üçün çox vacib olan sualı bacardığı kimi verib: "Necə ola bilər ki, həmsədr Ceyms Uorlik Konqresdə separatçı dağlıq Qarabağ rəhbərliyi ilə görüş keçirir? Buna necə qiymət verə bilərsiz?” Mən Qənirə Ataşovanı yaxşı tanıyıram…
Ola bilməzdi ki, onun kimi vətənpərvər jurnalist bu sualı Con Kirbiyə verməsin, onun ingilis dili imkanları heç olmasaydı belə, o ən azı əl işarələri ilə bu sualı başa salacaqdı və sualına cavab alacaqdı. Ona görə ki, bu Azərbaycan üçün taleyüklü sualdı! Eyni zamanda Con Kirbi öz növbəsində bu suala cavab verməli idi. Sual yaranır: Axı nə cavab verəydi?
Təəssüf hissi ilə xatırlatmaq istəyirəm ki, Azərbaycanı həmin mötəbər tədbirdə yalnız ANS təmsil edir və olaydan 15 min km uzaq məsafədən oturub, məsələdən bixəbər olanlara bir də anlatmaq istəyirəm – Peşəkar və Vətənpərvər Jurnalist məhz belə etməli idi! Ona görə də Qənirə Ataşovaya minnətdar olmaq lazımdır, qınamaq yox. Qınanılası tərəf varsa, o bu gün də kölə psixologiyası ilə yaşayan və heç bundan xilas olmağa cəhd də etməyənlərdir…






Ruben Vardanyan Bakıda məhkəmədə - Erməni milyonçu Füzulinin şeirini və Hüseyn Cavidin poemasından oxudu
Qurban Qurbanov: "Futboolçuları ələ almaq, əldə saxlamaq asan deyil"
Agentlik sədrinə birinci müavin və müavinlər təyin edildi - Onlar kimdir? + FOTOLAR
Aqrar Sığorta Fondu satınalma haqqında qanunu pozub?
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
MƏHKƏMƏ RAMİZ MEHDİYEVLƏ BAĞLI QƏRAR VERDİ
"Şamaxı" "Qarabağ"a uduzub
Daha bir qanuna dəyişiklik edilib
"Sülhün əldə edilməsi yalnız ilk addımdır və..." - ABŞ vitse-prezidenti Bakıya gəlir
"Cərrahpaşalı Halit"in "bacısı" vəfat edib
"Beşiktaş" Vatslav Çerni ilə bağlı açıqlama yaydı
Hava limanənda 27 ədəf xəz dəri məmulatları aşkarlanıb
YENİ NAZİR KİMDİR? - Maraqlı məlumatlar
Prezident İlham Əliyev Qanunu təsdiqləyib
Allahşükür Paşazadə Roma Papası Azərbaycana dəvət edib
NAZİR MÜAVİNİ NAZİR TƏYİN OLUNDU - Sərəncam
Polkovnik Rasim İldırımzadəyə 12 il cəza istənildi
YENİ KOMİTƏ SƏDRİ ŞƏHİD ÖVLADIYMIŞ...
YENİ SƏDRİ SALEH MƏMMƏDOVUN QUDASINI YOLA SALDI: təyinat oldu - AAYDA-da ilk dəyişiklik + FOTO
Fəzail Ağamalı dəfn edildi - FOTOLAR (Yenilənib)
İsrail hərbçiləri jurnalisti həbs edib
Nazir Ülvi Ələkbərlini yüksək vəzifəyə təyin etdi
PREZİDENT AGENTLİK RƏHBƏRİNİ KOMİTƏ SƏDRİ TƏYİN ETDİ - Sərəncam
Bu çörək növü bahalaşdı - 10 qəpik
Məmur olmaq istəyənlər bu tarixdə imtahan verəcək
"Kinematoqrafiya haqqında" qanun dəyişdi
"Neftçi" brazilyalı futbolçu transfer edib
İran XİN Türkiyəyə təşəkkür edib
Masazır bələdiyyəsinin sabiq sədri amnistiyaya düşdü - Sektor müdir isə məhkəmə zalında həbs edildi
Leyla Əliyeva "Yüksələn işıq" adlı sərgisində iştirak edib - FOTO
Bu şəxslərin təhsili haqqı dövlət tərəfindən ödəniləcək - Yeni qanun
Bakı və rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Ceyhun Bayramov ABŞ Ticarət Palatasının baş vitse-prezidentini qəbul edib - Açıqlama
ONLAR RƏİS TƏYN EDİLDİ - Gömrükdə təyinatlar
Nəriman Axundzadə ABŞ komandasına keçdi - Açıqlama
Milli Məclisin iclası başlayıb
Qədr (Əhya) gecələrinin tarixləri məlum olub
ABŞ İRANA 4 ŞƏRT İRƏLİ SÜRÜB - Siyahı
PENSİYA NƏ QƏDƏR ARTDI? - Açıqlama (Yeniənib)
“Bravo”nun filial müdirinin müavini döyüldü - Səbəb + Təfərrüat