18-12-2015 [12:07]
Artıq gələn ildən şou-biznes nümayəndələri də vergiyə cəlb olunacaqlar. Vergilər Nazirliyində keçirilən mətbuat konfransında nazirin 1-ci müavini Natiq Əmirov da şou-biznes aləmindəki qazanc əldə edən insanların gəlir vergisi ödəməməsinin uzun müddət davam etməyəcəyini vurğuladı: "Bizim şou-biznes nümayəndələrinin əldə etdiyi gəlir və xərclərinin uçotu yoxdur. Bu insanlardan bir qismi obyektiv, digər qismi isə subyektiv səbəbdən bizə öz gəlir və xərclərinin uçotunu təqdim etməkdə həvəsli deyil. Bir sıra hallarda biz onların gəlirlərini əldə edə bilərik. Ən azı toyları müşahidə edə bilərik. Onların vergidən yayınması uzun çəkməyəcək”.
Vergilər Nazirliyinin şou-biznes nümayəndələrindən gəlirləri və xərclərini bəyan etmələrini və vergi ödəmələrini xahiş etməsinə baxmayaraq, hələ ki heç bir müğənni bu istiqamətdə addım atmayıb. Vergilər Nazirliyi isə hesab edir ki, bu da bir nəticə verməzsə, onların da vergiyə cəlb olunması üçün lazımi mexanizm tapılacaq.
Görəsən, bu gün Azərbaycanda müğənnilərin, şou-biznes nümayəndələrinin vergiyə cəlb olunması hansı mexanizm əsasında aparılmalıdır? Həmin şou-biznes, sənət adamları qazandıqlarının hansı hissəsini, hansı formada vergi olaraq dövlətə verəcək?
"Qafqazinfo” xəbər verir ki, maliyyə sahəsi üzrə ekspert, IJS Hüquq Firmasinin direktoru, vəkil Əkrəm Həsənov Modern.az-a açıqlama verərək bu günə qədər şou-biznes nümayəndələrinin vergidən yayınmasının, vergiləri ödəməməsinin heç də yaxşı fakt olmadığını bildirib: "Ümumiyyətlə, şou-biznes sahəsində olan insanların gəlirlərinin uçotunun aparılması çox düzgün addım olardı. Ən azından, bu günə qədər həmin kateqoriyadan olan insanlar artıq vergiyə cəlb olunmalı idilər. Çünki bu sahədə çalışan insanlar təkcə şou-proqramlardan deyil, toy məclislərindən, xarici səfər və festivallardan, reklam işlərindən də gəlirlər əldə edirlər. Təbii ki, bu bütün müğənnilərə aid edilə bilməz. Ancaq, şou-sənət adamlarının böyük əksəriyyətinin bu gün televiziyada evlərini, lüks həyatlarını, bahalı yaşamlarını göstərməsi də sübut edir k, onların gəlirləri kifayət qədər çoxdur”.
Ekspertin fikrincə, televiziyalar vasitəsilə uşaqlara o qədər də yaxşı örnək olmayan bəzi şou-biznes nümayəndələrinin vergidən yayınması dövlət büdcəsinə daxil olan gəlirlərin qarşısını alır: "Televiziyalar vasitəsilə uşaqlarımıza o qədər də düzgün, doğru olmayan düşüncələri aşılayan bəzi müğənnilərin vergidən yayınması heç də yaxşı hal deyil. Müğənnilər vergi ödəməkdən yayınırsa, deməli, dövlət büdcəsinə daxil ola biləcək pulların itməsindən söhbət gedir”.
Vergilər Nazirliyinin bu addımını təqdirəlayiq hal hesab edən Əkərm Həsənov şou nümayəndələrinə vergilərin tətbiq edilməsindən sonra onların qiymətləri qaldırmasının o qədər də əhəmiyyətli olmayacağını söyləyib. Lakin ekspert repetitorların və digər bu cür fəaliyyətlə məşğul olanlara vergilərin tətbiqinin o qədər də yaxşı hal olmadığını vurğulayıb: "Müğənnilər, şou-biznes nümayəndələr vergilər tətbiq olunduqdan sonra toy, məclis qiymətlərini artıra bilərlər. Onsuz da insanların çoxu onların istədiyi qiymətə toya, yaxud hansısa şənliyə dəvət etməyəcəklər. Çünki bir müğənninin kiminsə toyunda oxuması su, çörək qədər ehtiyaclı deyil. Sadə vətəndaşlar vergi verirlərsə, saatlarına minlər qazanan müğənnilər niyə vergidən yayınmalıdır? Amma repetitorlara, bəzi sənət-peşə sahiblərinə vergilərin tətbiq olunması o qədər də yaxşı hal deyil. Çünki müğənnidən fərqli olaraq, müəllimlər gələcəyin şəxslərini, bəlkə də şəxsiyyətlərini yetişdirir. İnsan kapitalını, biliyi, savadı inkişaf etdirənlərə güzəşt edilməlidir. Bu Avropada da, dünyanın bir çox ölkələrində də belədir”.
İqtisadçı ekspert, keçmiş deputat Nazim Məmmədov isə hesab edir ki, vergilər sənət-peşə sahibləri ilə yanaşı, digər iri holdinqlərə, firmalara da düzgün tətbiq olunmalıdır: "Azərbaycanda vergi bazasını genişləndirmək haqqında bir neçə il bundan öncə prezident tapşırıq verib. Həmin tapşırığa görə cari xərclər vergilər hesabına formalaşdırılmalıdır. 2016-cı ilin dövlət büdcəsinin proqnozlarına baxsaq görərik ki, 2,3 milyard manat həcmində cari xərclərimizi ödəyə bilmirik və bunu məcburən Dövlət Neft Fondundan götürürük. Qonşu Gürcüstanda isə büdcənin gəlirlər hissəsində vergi 95 faiz təşkil edir. Bizdə isə bu 45-46 faizdir. Bu o deməkdir ki, bizim kifayət qədər vergiləri artırmaq imkanımız var. Yəni ayrı-ayrı peşə sahiblərinin vergiyə cəlb olunması lazımdır. Vergilər Nazirliyinin bu sahədə atdığı addımlar təqdirəlayiqdir. Amma, bu vergilər bir kateqoriyaya tətbiq olunub iri şirkətlərə, holdinqlərə tətbiq olunmursa, burada artıq ciddi suallar meydana çıxır. Vətəndaşlarda vergi mədəniyyəti inkişaf etmir. Vergi tətbiqi ilə yanaşı, maarifləndirmə də aparılmalıdır”.
"Sabah bizi gərgin və önəmli oyun gözləyir" - Ayxan Abbasov
Ərdoğan Gürcüstan prezidenti ilə zəngləşdi - Təyyarə qəzası ilə bağlı müzakirə aparılıb
Çin Liviya ilə diplomatik əlaqələri bərpa edib - 10 ildən sonra
Zeynal Nağdəliyev yeni icra başçısını kollektivə təqdim edib - FOTO
Qəzzada ölənlərin sayı 69 185-ə çatıb
Bu ay 4 bürcü böyük sürprizlər gözləyir: pul, karyera və...
Təkcə müğənnilərə 200 min manatdan çox xərcləyən məmur... - Nuri Sərinlədici, Aygün Kazımova, Röya Ayxan və... (FOTO)
Beyləqanda itkin düşən qadının parçalanmış meyiti aşkarlandı
Sabah Bakının iki 2 rayonunun bəzi ərazilərində qaz olmayacaq.
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"AzerGold" rəhbəri "vurulan" sabiq rəisə yenidən vəzifə verdi
“AZART”ın sahibinin bahalı avtomobillərinə həbs qoyulub
Tramp ölkə başçısına məktub göndərdi: "Netanyahunu bağışla!"
Dövlət Baxçalı: "20 əsgərimizin şəhid olması böyük acı yaşatdı"
Vəkili Şərurlu İsfəndiyarın xəstə olduğunu deyir, özünün isə xəbəri yoxdur - Məhkəmə prosesi
Ərdoğan MHP lideri ilə görüşəcək
"İpoteka haqqında" qanun dəyişib - Nələr olacaq?
"Music Gallery" ilə bağlı qalmaqallı məhkəmə işi: vəzifəli şəxs malları qumarda uduzub
Media yazdı, Baş Prokurorluq cinayət işi açdı - Təfərrüat
Prezident icra başçıları ilə görüşdə: "Sizə heç kim qanunsuz tapşırıq verməyəcək, əgər kimsə bu tapşırığı verərsə..."
C-130-dakı 20 hərbçidən 18-nin nəşi və "qara qutu" tapılıb - VİDEO
İlham Əliyev yeni icra başçıları ilə Naxçıvanın rəhbərini qəbul etdi, sərt tapşırıqlar verdi: "Bəzi məmurlar özlərini apara bilmirlər" - FOTOLAR
MN: "Ağdərə və Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək"
"Sudan nümunələr götürülüb" - Abşeron suvarma kanalında minlərlə balıq niyə tələf olub? (VİEO)
Cəbrayılda mağazada alkoqollu içkilər satılır
İlham Əliyev şirkət rəsmilərini qəbul edib - Nələr müzakirə olunub?
KÜRDƏMİRƏ YENİ İCRA BAŞÇISI TƏYİN OLUNDU: o, kimdir? - Sərəncam
Azərbaycanın görkəmli aşıqlarının adları UNESCO-nun yubileylər proqramına daxil edilib
İcra Hakimiyətinin rəsmi saytında bu şəxsin iş nömrəsi niyə göstərilmir? - FOTOFAKT
İstanbulda turistlərə fırıldaq, yoxsa kəskin bahalaşma? - İngilis turist üsyan edir
Sabah hava necə olacaq? - Proqnoz
Yeni Regional Mədəniyyət İdarələri yaradıldı - Fərman
Polad Bülbüloğlu: "Gələn ilin dövlət büdcəsindən kinoya vəsait ayrılmaması düzgün deyil"
Xalq artisti Mənsum İbrahimov Gəncədəki konsertini təxirə saldı: "Türkiyənin şəhidi bizim şəhidimizdir"
75 yaşlı kişi içkidən ölüb - Xırdalanda
SOCAR yeni müəssisə yaradıb
İstanbulda həbs olunan bələdiyyə sədri azadlığa buraxıldı: "Ürəyimin yarısı içəridə qaldı"
XİN açıqlama yayıb