Rusiya prezidenti bu gün hesabat verəcək

img

17-12-2015 [10:55]


Rusiya prezidenti Vladimir Putin cümə axşamı jurnalistləri 11-ci dəfə mətbuat konfransına toplayacaq.

Dövlət başçısının "illik hesabatı" Beynəlxalq Ticarət Mərkəzində keçiriləcək və vaxt məhdudiyyəti olmayacaq.

Bu il mətbuat konfransına rekord sayda - 1390 KİV nümayəndəsi akkreditə olunub.

Putinin 2001-ci ildə keçirilən birinci mətbuat konfransına 500-dən çox, 2002 və 2003-cü illərdə 700-dən çox, 2004-cü ildə təqribən 750, 2007-ci ildə 1132, 2008-ci ildə 1364, 2013-cü ildə 1327, 2014-cü ildə isə 1259 jurnalist akkreditə olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA