Ərdoğan Obamaya rədd cavabı verdi - İki liderin arasındakı danışığın təfərrüatı açıqlandı

img

20-12-2015 [14:53]


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Barak Obama arasında Mosula əsgər yerləşdirilməsi ilə bağlı baş tutan telefon danışığının təfərrüatı bəlli olub.

Bu barədə "Hüriyyət” qəzeti məlumat yayıb.

Obama Ərdoğanla telefon söhbətində "Bu, iraqlılar üçün milli qürur məsələsinə çevrildi. Baş nazir Heydər Abadini sakitləşdirməliyik”, - deyə, bildirib.

Ərdoğanın isə cavabı belə olub: "Biz İŞİD-ə qarşı mübarizə aparmaq üçün oradayıq. Birdən-birə ora nə üçün gedək? Özləri istədi, biz də hərbi təlim vermək üçün Mosula əsgər göndərdik. 2400 kürd peşmərgə və sünni ərəbə təlim keçdik. Sincar bölgəsinin işğaldan azad edilməsində apardığımız hərbi təlimlərin böyük rolu olub. Biz geri çəkilsək, oraya İŞİD gələcək. Həm geri çəkilək, həm də İŞİD-lə mübarizə aparaq. Bu, ola bilməz”.

Ərdoğanın bu sözlərindən sonra Obamanın cavabı belə olub: "Haqlısınız. İŞİD-ə qarşı mübarizədə verdiyiniz dəstək açıq şəkildə görünür. Lakin Abadi daxili gərginlikdən dolayı rahatlaşmalıdır. İraqlıları razı salmaq lazımdır”.

Axar.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA