Radio və TV-lərin məsul şəxsləri MTRŞ-a çağırıldı

img

07-12-2015 [17:57]


Dekabrın 7-də "Space TV”, "Xəzər TV”, ANS ÇM, Jazz FM, Anten FM, Araz FM-in proqram üzrə məsul şəxsləri Milli Televiziya və Radio Şurasına dəvət edilib. 

Şuradan verilən məlumata görə, 6 dekabrda ölkədə baş vermiş yanğın ilə bağlı olaraq matəm elan olunmasına baxmayaraq adları qeyd olunan radio və televiziyalarda pozuntular olub: ""Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədi ilə dekabrın 6-sı ölkədə matən günü elan olunub. Matəm günündə "Space TV”, "Xəzər TV”, ANS ÇM, Jazz FM, Anten FM, Araz FM tərəfindən "Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 20.8-ci maddəsinin tələbləri pozulub, yayımçılar tərəfindən reklam blokları yayımlanıb. Dekabrın 7-də Space TV, Xəzər TV, ANS ÇM, Jazz FM, Anten FM, Araz FM-in proqram üzrə məsul şəxsləri Milli Televiziya və Radio Şurasına dəvət edilib. Pozuntularla bağlı yayımçılara irad tutulub. Eyni zamanda müvafiq tövsiyələr verilib”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA