24-11-2015 [18:43]
Masazırdakı "Yeni Bakı” Yaşayış Kompleksinin sakinləri ev aldıqları "İlin Dörd Fəsli” MMC-nin müxtəlif vaxtlarda onlardan işıq, qaz, su sayğaclarına görə qanunsuz aldığı pullardan (250, 500, 700 AZN) və aylıq kommunal haqqının çoxluğundan şikayətçidirlər.
Buna görə "Yeni Bakı” sakinləri Dilarə Əsgərova, Nurlan Kərimli, Coşqun Hacıkərimov, Rəşad Qasımov, Samir Hüseynov, Rəşadət Quliyev, Safura Quliyeva, Qalina Ozerova, Sevər Süleymanova, Zərifə Hüseynova, Zaur Mirzəyev, Ümid Əsgərov, Adil Məmmədov, Fəxrəddin İsmayılov və daha 43 nəfər problemlərinin həll edilməsi üçün prezident İlham Əliyevə, Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə və "Azərişıq”a müraciət ediblər. Nəticəsini gözləyirlər.
Sakinlər deyir ki, 2011-ci ildən bu şəhərcikdə mənzil alıblar. Həmin gündən də mülkiyyətçi və istehlakçı kimi hüquqları pozulub:
"Ev sahibindən çox, "İlin Dörd Fəsli” MMC-nin (İDF) kirayənişiniyik. Ev alanda mənzilin pulundan əlavə, İDF MMC-yə sayğacların alınması üçün 250 manat (2012-ci ilə qədər alanlar), 500 manat (2014-cü ilə qədər alanlar), 700 manat (2014-dən bəri alanlar) ödəmişik. Hələ 2014-cü ildən bəri yeni qayda çıxardılar. Təmir edənlərdən 120 manat da əlavə alırlar. Hamımız bilirik ki, sayğac dövlət tərəfindən pulsuz qoyulur. Ona görə pul ödənməməlidir”.
Yığılan pullar narazılıq yaradır
Prezident İlham Əliyevin 2009-cu ildə fiziki şəxslərə sayğacların pulsuz paylanması barədə sərəncamı var.
Sakinlərin tək problemləri sayğaclarla bağlı deyil. Ayda hər kvadratmetrə 40 qəpik kommunala, 6 manat telekanallara (lisenziyasız) verdikləri pulla xidmətin üst-üstə düşmədiyini deyirlər:
"Təsəvvür edin 2 otaqlı, 59 kvadratmetr sahəsi olan mənzil üçün ayda azı 30 manat ödəməlisən. Ancaq bu məbləğin qarşılığında normal xidmət göstərmirlər”.
Bundan əlavə, MMC qeyri-yaşayış obyektlərindən ayda hər kvadratmetrə görə 80 qəpik pul alır. Niyəsi isə izah olunmur:
"Soruşanda deyirlər ki, binanın saxlanması üçündür. Şəhərcikdə 5 ədəd 13, 22 ədəd tək bloklu mənzil var. Bir blokdan ayda təxminən 1000 manat toplanır. Ancaq bu 1000 manatın hara sərf olunduğu bizə açıqlanmır”.
Mənzil Məcəlləsinə görə, çoxmənzilli binalarda ümumi əmlakın (pilləkanlar, lift, lift şaxtası, dəhliz və s.) saxlanması üçün lazım olan vəsaiti həmin binanın mülkiyyətçiləri ödəməlidir. Lakin bu məbləğ sakinlərin razılığı ilə ümumi toplantı zamanı müəyyənləşdirilməlidir. "İlin Dörd Fəsli” MMC kvadratına 40 qəpik kommunal haqqını hər hansı bir sakinlə razılaşmadan müəyyənləşdirib.
"Üstəlik, bizimlə kommunal ödəmə haqqında müqavilə bağlanmayıb. MMC zəhmət çəkib bir binanın saxlanmasına xərclədiyi məbləği açıqlasın. Biz də verdiyimiz pulların kiminsə cibinə getmədiyinə əmin olaq. Hər halda bir blokun saxlanmasına ayda 1000 manat pul xərclənməsi absurddur. Üstəlik, kommunal ödəmə haqqında müqavilə olmadan pul toplamaq qanun pozuntusudur”.
"Yeni Bakı” şəhərciyində 2011-ci ildən bəri satılan mənzillər fərdi qaydada "Azərişıq” ASC tərəfindən sayğacla təmin olunmayıb. Buna görə də sakinlər işıq pulunu "Azərişıq” ASC-nin bank hesabına deyil, komendanta ödəyirlər:
"Nəticədə komendant kvadratına tələb etdiyi 40 qəpiyi ödəməyənlərdən işıq pulunu götürmür. Həmin şəxsin elektrik xətti şəbəkədən ayrılır. Deyir: "Birinci kommunal haqqını ver, sonra işıq pulunu”. Elə buna görədir ki, İDF MMC mənzillərin fərdi qaydada kartla işləyən sayğaclarla təmin edilməsini istəmir. Çünki kart sayğac quraşdırsa, işığı kəsə biməyəcək. Nəticədə hər kvadrata tələb etdiyi kommunal haqqını ala bilməyəcək. Biz kommunal xərci verməkdən imtina etmirik. Sadəcə, kvadratına 40 qəpiyin çox olduğunu düşünürük”.
Sakinlər məktəbdən, poliklinikadan tələb olunan arayışları da almaqda çətinlik çəkirlər: "Kommunal borcunu ödəyə bilməyənə arayış verilmir. Mənzillərimizə çıxarış verilmədiyindən kimsə evinə qeydiyyata düşə bilmir. Ərazi üzrə yaşayış arayışı lazım olunanda da komendant özünü qaldırır dağ başına ki, "borcunu ödə, arayışı al””.
Sakinlərdən Sədaqət Soltanova bildirir ki, İDF MMC-nin onlara yaratdığı problemlər bununla bitmir: "Keçən il bu şəhərcikdə mənzillərə qaz çəkilməyə başlandı. Kimin mənzili alarkən ödədiyi pul 600 manatdan əksik olmuşdusa, onun üstünü ödəməliydi. Deməli, müxtəlif illərdə mənzil alanlardan 250, 500, 700 manat əlavə sayğaclar üçün pul alırdılar. Əgər 2011-ci ildə ev alıb sayğac üçün 250 manat ödəmisənsə, 350 verməsən qaz çəkdirə bilməzsən. Pulun yoxdursa, bu qışın günündə soyuqdan donmalısan”.
Sakinlər prezident İlham Əliyevə müraciətlə xahiş edirlər, hüquq-mühafizə orqanlarına tapşırıq verilsin ki, 2011-ci ildən bəri kommunal ödəmə öhdəliyi barədə heç bir müqavilə olmadan "Yeni Bakı” şəhərciyində kommunal pulu adı ilə yığılan vəsaiti İDF MMC-nin hara xərclədiyi araşdırılsın. İDF MMC sakinlərlə fərdi qaydada kommunal ödəmə haqda qarşılıqlı razılaşma müqaviləsi bağlasın. "Azərişıq” ASC-nə isə mənzillərə kartla işləyən sayğacların qoyulması tapşırığı verilsin.
"Sakinlərin fikri nəzərə alınmalıdır"
İqtisadçı ekspert Samir Əliyev də deyir ki, yeni tikilmiş çoxmərtəbəli mənzillərin idarə olunmasında problemlər var. Ən böyük problem də binanı kimin idarə edəcəyini mənzil-tikinti kooperativinin (MTK) təyin etməsidir:
"Təəssüf ki, burda sakinlərin fikirləri nəzərə alınmır. Həmçinin sakinlərdən binanın saxlanması ilə bağlı pul da toplanır. Bu xidmət haqqı da insanların razılığı olmadan, MTK-nın qərarı ilə müəyyən edilir”.
Samir Əliyev deyir ki, 2009-cu ildə qəbul edilmiş Mənzil Məcəlləsinə görə binaların 3 tip idarə forması var: "Birincisi, sakinlərin razılığı ilə yaratdığı qurumun idarəçiliyi. Buna "kondominimum" deyilir. Qanunvericilikdə kondominimumlar mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti (MMMC) adlanır. Cəmiyyət binanın idarə edilməsinə baxır. Rəhbər isə binada yaşayan insanlar arasında seçki yolu ilə seçilir. Sakinlər razı qalmasa dəyişdirilir. Bir sözlə, idarəçiliklə bağlı bütün qərarları sakinlər verir. İkincisi, mənzilin idarə olunmasının şirkətlərə tapşırılmasıdır. Sakinlərin binanın idarəsi üçün vaxtı, istəyi olmadıqda bunu xüsusi şirkətlərə həvalə edirlər. Üçüncü forma isə əsasən azmərtəbəli, kiçik binalarda olur. Bina sakinlərin idarəsinə verilir”.
Ekspertin fikrincə, ən yaxşısı mənzillərin idarəolunmasını vətəndaşlara həvalə etməkdir: "Təəssüf ki, bu üç idarə formasının heç biri işləmir. Nəticədə, çoxmərtəbəli mənzillərin sakinləri nə binalarının idarəedilməsini öz istədikləri şəxslərə həvalə edə bilir, nə də xidmət göstərən insanlardan razı qalırlar”.
"İlin Dörd Fəsli" kimə məxsusdu?
Vergilər Nazirliyinin saytında sakinlərin şikayətçi olduğu "İlin Dörd Fəsli” MMC adı ilə 3 şirkət qeydiyyatdan keçib. Birincisi, 21 iyun 1991-ci ildə qeydiyyatda alınıb, qanuni təmsilçisi Həsənov Ramin Eldar oğludur. Hüquqi ünvanı Yasamal rayonu, general Akim Abbasov küçəsi, ev 14, mənzil 21-dir. İkinci şirkət 28 fevral 2000-ci ildə qeydiyyatdan keçib. Qanuni təmsilçisi Hüseynov Elnur Fəxrəddin oğlu, hüquqi ünvanı isə Yasamal, Həsənbəy Zərdabi prospekti, ev 593-dür. Üçüncü "İlin Dörd Fəsli – F” MMC isə 27 sentyabr 2010-cu ildə qeydiyyata alınıb. Qanuni təmsilçisi Nəbiyev Fərhad Musa oğlu, hüquqi ünvanı isə Yasamal rayonu, Yeni Yasamal 1, ev 3, mənzil 35-dir.
Sakinlər isə cəmi bir təmsilçi tanıyır. O da Elnur Hüseynovdur. Deyirlər, komendant Ehtiram MMC-nin rəhbəri Elnur Hüseynova arxalanaraq edir bütün qanunsuzluqları: "Elnur Hüseynov da kim bilir hara arxalanır”.
"İlin Dörd Fəsli” MMC-dən şikayətçi olan təkcə "Yeni Bakı” şəhərciyinin sakinləri deyil. Şirkətin Həsən bəy Zərdabi küçəsində inşa etdiyi binanın sakini Qənbər Verdiyev "Yeni Müsavat” qəzetinə deyib ki, yaşadığı binanın komendantı onlardan hər ay qeyri-leqal 40 manat pul yığır:
"Yaşamaq hüquqlarımız məhdudlaşır. Qaydalara görə, bina komendantını sakinlər özləri müəyyən etməlidir. Amma MTK-nın sədri Elnur Hüseynov özünə yaxın olan adamı bu vəzifəyə təyin edib. Həmin komendant isə özbaşınalıq edir. Hər ay sənədsiz, sübutsuz bizdən 40 manat binanın ehtiyacları üçün yığır. Həmin pullar hara gedir, bilmirik. Çünki bir problem olanda özümüz həll edirik”.
Məsələyə münasibət öyrənmək üçün "İlin Dörd Fəsli” MMC-yə etdiyimiz zənglər cavabsız qaldı. Rəhbərliklə əlaqə yaratmaq mümkün olmadı. MMC-dən heç kim sualları cavablandırmaq istəmədi. Sakinlər isə nə MMC ilə anlaşa, nə də toplanıb nəyisə müzakirə edə bilirlər. İclasın vaxtını bildirmək üçün qapılara yapışdırdıqları elanlar cırılır, iclas etmək istəyən sakinlərə "siz dövlət əleyhinə mitinq edirsiz” deyib, məsələyə siyasi don geyindirilir. Sakinlər sə deyir:
""İlin Dörd Fəsli” MMC nə vaxtdan dövlətə aid şirkət olub? Elədirsə, desinlər, biz də işimizi bilək. Dövlət əleyhinə danışmayaq”(Meydan.tv).
Türkiyənin 7 şəhərində İŞİD-ə qarşı əməliyyat - Saxlanılanlar var
Sumqayıtda top mərmisi tapılıb
Samirə Allahverdiyeva İdman TV-nin direktor müavini təyin olunub
Yaponiyanın 44 illik problemi: uşaq sayı azalır
Aİ-dən İsrailə çağırış: "Qəzzaya hücumları genişləndirməyin"
İstanbulda dəhşətli qətl: keçmiş arvadını qaçırmaq istədi, müqavimət gördükdə isə... - FOTOLAR
Trampın təyin etdiyi yeni səfir Ankaraya gəldi - Keçmiş şirkət rəhbəri jurnalistləri türkcə salamlayıb
Partiya sədri və qızını təhdid edən şəxs tutulub - “Bu film qəbiristanlıqda səninlə bitəcək”
Çempionlar Liqası: “İnter” bu gecə “Barselona”nı devirə biləcəkmi?
Meksika prezidenti: "ABŞ hərbçiləri ölkəmizə yeridilə bilməz"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Sabiq deputatdan nazirlik və UNEC-ə haqlı sual: "Əgər diplom verilməyəcəksə, niyə qəbul aparılır? - 70 məzun fəryad edir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Zaur Bayramoğlunun "Yalquzaq" kitabının təqdimatı və imza mərasimi keçirilib - FOTOLAR
Ərdoğan ABŞ prezidentini Türkiyəyə dəvət etdi - Telefon danışığı
Ermənilər Bakıda hakim qarşısında - Laçının işğalı ilə bağlı videomaterial nümayiş etdirilib (YENİLƏNİB)
Azercell-dən “Bahar” kampaniyası
Masazırda saxta yağ, qaymaq və pendir istehsalının qarşısı alınıb
Azərbaycanla Belarus arasında yeni sənədlər imzalanıb
Ürək cərrahı tapança ilə tutulub - "Özümə gəlməyə çalışıram"
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rezidenturaya qəbul imtahanı: cavablar elan olundu
İranda güclü partlayışın baş verdiyi limanda yenidən yanğın olub
Xarici İşlər Nazirliyi haqqında Əsasnaməsi dəyişdi - Nələr ləğv olunub, hansı idarə yaradılacaq?
Prezident İlham Əliyev fərman imzalayıb - Dəyişiklik
Əli Əsədov Belarusun Baş naziri ilə görüşüb - Nələr müzakirə olunub?
"Talassemiya işi" üzrə təqsirləndirilən şəxslərə hökm oxunub
Belarusda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək
“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olunub
İran MN: "ABŞ-a ağılı olmağı tövsiyə edirik, əks halda bütün qonşu ölkələrdəki..." - Pentaqondan Tehrana elə cavab verildi ki...
Nöqsana görə vəzifədən azad edilən rəis daha yüksək vəzifəyə gətirildi - "Azərişıq"da maraqlı təyinat
"Toplum TV" işi: Akif Qurbanov, Ələsgər Məmmədli, Ruslan İzzətli, Fərid İsmayılov...
AZCON-da rəhbər vəzifələrə təyinatlar olub
BMT: "Yəməndə 4,8 milyon insan evlərindən didərgin düşüb"
Sabah hava necə olacaq? - Proqnoz
Vəkil Adəm Məmmədov qanunsuz həbsi ilə bağlı apellyasiya şikayətini hüquq ictimaiətinə təqdim etdi - FOTOLAR
Dövlət Komitəsinə 600 min manat vəsait ayrılıb - Sərəncam
AHİK-in mətbuat katibi vəzifədən çıxarıldı
Belarus Baş naziri Azərbaycanda belə qarşılandı