Hərbçilərimiz Moskva küçələrində: “Şəhidlər ölməz, vətən bölünməz” - VİDEO

img

06-05-2025 [09:47]


Azərbaycan hərbçiləri Moskvada Qələbə Paradının məşqində iştirak ediblər.

Bu barədə hərbi ekspert Ədalət Verdiyev sosial şəbəkə hesabında paylaşım edib. 

Kadrlarda Azərbaycan hərbçilərinin Moskvanın mərkəzi küçələrində yürüşü əks olunub. 

Onlar “Şəhidlər ölməz, vətən bölünməz” şüarını səsləndiriblər. 

Xatırladaq ki, mayın 9-da Azərbaycan hərbçiləri Böyük Vətən müharibəsində qələbənin 80 illiyi şərəfinə Moskvada keçiriləcək paradda iştirak edəcəklər. 

Qafqazinfo


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:51 06.05.2025

Unun qiyməti sabit qalıb