Belarusda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

img

05-05-2025 [14:29]


Belarusda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

Bu barədə Azərbaycanın Baş naziri Əli Əsədov belaruslu həmkarı Aleksandr Turçin ilə geniş tərkibdə görüşdə bildirib.

Ə.Əsədovun sözlərinə görə, Bakı və Minsk arasında əməkdaşlığın perspektivli istiqamətlərindən biri sosial sahə, o cümlədən dövlət xidmətlərinin göstərilməsi sahəsidir.

"Humanitar əməkdaşlığın inkişafına prioritet diqqət yetiririk. Qarşılıqlı Mədəniyyət günlərinin keçirilməsi ənənəsini bərpa etməyimiz vacibdir. Ötən il aprel ayının əvvəlində Azərbaycanda Belarus Mədəniyyət Günləri keçirildi. 2025-ci ildə Belarusda Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi gündəlikdədir", - o bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA