Türkiyə Suriyaya girdi: 500 “Bordo bereli” türkmənlərə yardıma getdi

img

23-11-2015 [16:45]


Türkiyə silahlı qüvvələrinə məxsus 3 helikopter Suriya ilə sərhəddəki türkmənlərə yardıma gedib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, artıq Türkiyə hərbçiləri Bəşər Əsəd silahlıları tərəfindən öldürülən dinc türkmənlərin qorunmasına yardım edəcək.

Məlumata görə, Türkiyə hərbi helikopterlərinə qurudan 500 nəfərlik "Bordo bereli” xüsusi təyinatlıları dəstək verəcək.

Xatırladaq ki, Türkiyədə "dərin dövlət” adamı hesab olunan Sedat Peker də Suriyanın "Türkmən dağı” bölgəsindəki türkmənlərə 4 "TIR”a yüklənmiş 3 min ədəd yataq dəsti,hərbi geyim və ləvazimatlar göndərib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA