Türkiyədən çıxan humanitar yardım havadan belə vuruldu - VİDEO

img

25-11-2015 [23:14]


Türkiyədən Suriyaya humanitar yardım aparan maşın karvanı vurulub.

 Bu barədə məlumatı "Reuters” yayıb. Xəbərdə bildirilir ki, yarım karvanı Kilis-dən Suriyaya girəndən sonra sərhəddə vurulub.

Humanitar yardım fəalları agentliyə bildirib ki, karvan havadan zərbə ilə vurulub.

"Yanğını söndürməyə çalışırıq. Maşınlar Türkiyənin deyil və kimin bombaladığını da bilmirik”, deyə fəallardan Mustafa Özbek bildirib.

Daha bir hava zərbəsi müxaliflərin nəzarətində olan sərhəd qapısındakı TIR parkına endirilib. Orada partlayışdan 3 nəfərin öldüyü deyilir.

Bölgədəki müxalif güclər hava zərbələrini Rusiya təyyarələrinin endirdiyini iddia edir. Türkiyədən isə bununla bağlı hələlik hər hansı açıqlama verilməyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA