Suriyada atəşkəs elan olundu – Bu gündən silahlar susacaqmı?

img

19-11-2015 [10:20]


Suriyada Bəşər Əsəd qüvvələri ilə onlara qarşı döyüşən müxaliflər arasında atəşkəs əldə olunub.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, atəşkəs bu gün səhər saatlarından başlayaraq 15 gün davam edəcək.

Məqsəd, Suriyanı keçid mərhələsinə hazırlamaq və bu istiqamətdə eksperiment keçirməkdir.

Xatırladaq ki, Suriya ilə bağlı keçirilən Vyana görüşündə 6 aylıq keçid mərhələsinə və ondan sonra Əsədin iştirakı olmadan seçkilərin keçirilməsinə qərar verilib.   


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA