Fransua Olland: “Düşmənimiz Bəşər Əsəd deyil, İŞİD-dir”

img

17-11-2015 [22:43]


Fransa prezidenti Fransua Olland əsas hədəflərinin İŞİD olduğunu bildirib. 

 Musavat.com Fransa mətbuatına istinadən xəbər verir ki, F.Olland çıxışı zamanı parlamentdən fövqəladə vəziyyət haqqında qərarın müddətinin 3 ay uzadılmasını tələb edəcəyini vurğulayıb.   Sərhədlərdə yoxlamanın vacib olduğunu bildirən F.Olland cihadçıları təqib edəcəklərini qeyd edib.  

O, İŞİD ilə mübarizə üçün hüquqi müstəviyə ehtiyac olduğunu deyərək, bunun üçün Konstitusiyada dəyişiklik edilməsinin lazım olduğunu da bildirib.  F.Olland əsl düşmənlərinin Bəşər Əsəd yox, İŞİD olduğunu da qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA