Bərzanidən İŞİD-ə zərbə: Peşmərgələr şəhər ələ keçirdi

img

13-11-2015 [11:45]


İraqın kürd muxtariyyətinə aid peşmərgə ordusu koalisiya qüvvələrinin də texniki və havadan dəstəyi ilə Mosulun Sincar (Şenqal) rayonunu İŞİD terror təşkilatından təmizləyib.

İraqın kürd muxtariyyətinin rəhbəri Məsud Bərzaninin əmri ilə başlanan əməliyyat bu gün başa çatıb. Peşmərgə ordusu "Şenqalı İŞİD-in əlindən xilas etdik”, - deyərək zəfər elan edib.

Peşmərgə ordusunun verdiyi məlumata görə, ordu qüvvələri 3 qoldan rayon mərkəzinə girib və icra hakimiyyətinin binasını ələ keçirib. Mosulun xilas edilməsi ilə İŞİD-in paytaxt elan etdiyi Rakkaya gedən strateji əhəmiyyətli şose də peşmərgənin nəzarətinə keçib. Əməliyyatda təxminən 100 İŞİD yaraqlısının öldürüldüyü bildirilib(Axar.az).

Xatırladaq ki, İraqın kürd muxtariyyətinə aid peşmərgə ordusu dünən səhər təxminən 10 min əsgərlə Mosulun Sincar (Şenqal) rayonunu İŞİD terror təşkilatından təmizləmək üçün əməliyyata başlamışdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA