Putin Əsədlə nələri müzakirə edib? - Açıqlama

img

21-10-2015 [15:21]


 "Ölkənizdə baş verən dramatik situasiyaya baxmayaraq, bizim xahişimizi nəzərə alıb Rusiyaya gəldiyinizə görə, təşəkkür edirəm”.

Mia.az Strateq.az-a istinadən bildirir ki, bu sözləri Moskvaya gəlmiş Suriya prezidenti Bəşər Əsədi qəbul edən Putin onunla görüşü zamanı deyib.   

Rusiya prezidenti bildirib ki, Suriya terrora qarşı mübarizədə son zamanlar müsbət nəticələr əldə edib: "Beynəlxalq terrorun regionda vəziyyəti gərginləşdirmək cəhdələri bir çox dövlətlərdə ciddi qorxu yaradıb. Bu, bizi də narahat edir. Təəssüf ki, hökümət qoşunlarına qarşı döyüşənlər arasında keçmiş SSRİ respublikalarından olan 4 min şəxs da var. Biz imkan verə bilmərik ki, onlar öz döyüş təcrübələri və ideoloji baxışları ilə Rusiya ərazisində peyda olsunlar”.

Putinin sözlərinə görə, Suriyadakı böhran bütün siyasi qüvvələrin, etnik və dini qrupların iştirakı ilə uzunmüddətli siyasi proses nəticəsində həll edilməlidir.  

Bəşər Əsəd öz növbəsində deyib ki, Rusiyanın atdığı addım böhranın daha faciəli ssenari ilə inkişafının qarşısını alıb: "Əgər sizin addımlarınız olmasaydı, terror daha böyük məkanı əhatə edərək geniş ərazilərə yayılacaqdı”.

Əsəd qeyd edib ki, istənilən hərbi əməliyat gələcək üçün siyasi addımları ehtiva edir.

"Bizim üçün əsas hədəf suriyalıların öz ölkələrinin gələcəyini necə görmələridir. Terror böhranın siyasi həlli ilə tənzimlənməsində real əngəldir. Təkcə rəhbərlik deyil, bütün xalq öz dövlətinin taleyinin həllində iştirak etməlidir”,- deyə Əsəd vurğulayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA