Sibel Can Bakıdan nə qədər pul aparıb?

img

08-11-2015 [18:13]


Xəbər verdiyimiz kimi, Bakıda yeni fəaliyyətə başlayan restoranların birinin açılış mərasimində Türkiyənin tanınmış müğənnisi Sibel Can da iştirak edib.

Mia.az azxeber.com-a istinadən xəbər verir ki, öz ansamblı ilə gələn müğənni konsert üçün restoran rəhbərliyindən nə az, nə çox düz 125 min dollar alıb.

Yayılan məlumata görə, Sibel Can bu qiymətə əvvəlcə razı olmasa da, danışıqlardan sonra tərəflər razılığa gələ biliblər.

Qeyd edək ki, bundan öncə də Türkiyənin məşhur müğənniləri Bakıya böyük konsert proqramlarına yox, müxtəlif açılışlara və toy mərasimlərinə görə iş adamları tərəfindən dəvətlər alıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA