Ərdoğanın keçmiş mühafizəçisi öldürüldü

img

05-11-2015 [21:06]


Türkiyənin Diyarbəkir şəhərinin Silvan rayonunda təhlükəsizlik qüvvələrinin PKK-ya qarşı həyata keçirdiyi əməliyyat zamanı bir polis şəhid olub.

Axar.az xəbər verir ki, ağır yaralanan Nəcmi Çakır adlı polis xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.Polisin ölüm xəbəri dərhal yaxınlarına çatdırılıb.

O, ölməzdən əvvəl ailəsinə vəsiyyət də edib. Vəsiyyətində "Şəhid olsam, ağlamayın, dövlət əleyhinə danışmayın”, - deyə bildirib.

Qeyd edək ki, bir uşaq atası olan Nəcmi Çakır Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi mühafizəçilərindən biri olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA