Baş nazirdən sensasion açıqlama: "O, seksual yırtıcıdır, dəfələrlə mənə intim əlaqə təklifi edib"

img

22-10-2015 [22:49]


Ukrayanın baş naziri Arseni Yatsenyuk "Batkivşina” partiyasının sədri Yuliya Timoşenkonu seksual zorakılıqda ittiham edib. 

Ukrayna mətbuatı xəbər verir ki, Yatsenyuk fransalı jurnalist Yelena Servettaza Ali Radadakı fraksiya rəhbərləri ilə normal münasibətlərdə olduğunu, yalnız "Batkivşina” fraksiyasının rəhbəri Yuliya Timoşenko ilə yola getmədiyini deyib.

Ukraynanın hökumət başçısı Timoşenkonun ona dəfələrlə intim təkliflər etdiyini söyləyib: "2014-cü li fevralın əvvəllərindən başlayaraq, Yuliya Vladimirovna dəfələrlə mənə intim əlaqəyə girməyimizi təklif edirdi. Lakin mən evli adam idim və buna heç cür razı ola bilməzdim”.

Arseni Yatsenyuk Timoşenkonu "seksual yırtıcı” adlandırıb və ondan maksimum uzaq gəzdiyini deyib: "O, hər dəfə məni görən kimi yenidən intim təkliflər etməyə başlayır. Ondan dəfələrlə sərt formada buna son qoymasını desəm də, nəticəsi yoxdur”.

Ukraynanın baş naziri Radadakı digər fraksiya liderləri ilə normal iş münasibətlərində olduğunu deyib(Modern.az).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA