Ərdoğandan Nobel Komitəsinə ittiham: “Mükafat sifarişlə verilir”

img

16-10-2015 [19:10]


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nobel mükafatının sifarişlə verildiyini iddia edib.

Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkə başçısı G-20 zirvə toplantısındakı çıxışı zamanı bu mükafatın siyasi xarakterli olduğunu bəyan edib:

"Biri çıxır miqrant axını ilə bağlı danışır, deyir ki, 30-40 min miqrantı qəbul edəcəklər. Sonra necə olursa, onlar Nobel mükafatına namizəd olur. Bizim ölkəmizdə isə hazırda 2,5 milyon miqrant var, amma bununla heç kim maraqlanmır. Çünki Nobel də siyasi mükafatdır. Bu mükafatın necə verildiyini çoxunuz yaxşı bilirsiniz. Bu mükafat sifarişlə verilir. Mükafatı alan adamın buna layiq olub-olmadığı müzakirə mövzusu belə deyil, əsas sifarişdir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA