Suriya ordusunun Hələbə yolu bağlandı - İŞİD-dən Əsədə ağır zərbə

img

28-10-2015 [23:20]


İŞİD Hələb yaxınlığında hücuma keçərək Əsəd ordusunun əsas təchizat yolunu bağlayıb.

Bu haqda suriyalı müxalif fəallara istinadən "Wall Street Journal” qəzeti yazır. Rejim qüvvələri ilə döyüşlər dünəndən başlayaraq Safira şəhəri yaxınlığında davam edib. Məlumata görə İŞİD silahlıları şəhərin bir neçə rayonu üzərində nəzarəti ələ keçiriblər. Döyüşlərin həmçinin Safiradan cənubda yerləşən Atriya və Hanzer getdiyi bildirilir. 

Bəşər Əsəd Atriyaya dəstək qüvvələri göndərsə də, silahlıların yol üzərində partlatdığı bir neçə bomba hökumət qüvvələrini geri çəkilməyə məcbur edib.

Qəzet yazır ki, İŞİD Bəşər Əsədin müharibənin gedişini dəyişdirmək cəhdində yaranan boşluqlardan ustalıqla istifadə edir. 

Suriya İnsan Haqları Monitorinqi Təşkilatı İŞİD-in bomba dolu avtomobil göndərərək Atriya və Hanzer yolu üstündə yerləşən buraxılış məntəqəsini ələ keçirdiyini bildirib. 

Suriya dövlət televiziyası həmin əraziyə bir neçə hava zərbəsinin endirildiyini bildirsə də, yerüstü döyüşlərdə nəticə əldə olunmayıb(Avropa.info)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA