Rusiyalı milyonçulara zərbə – İsveçrə banklarındakı hesabları bağlanır

img

15-10-2015 [18:50]


İsveçrənin nəhəng banklarından olan UBS və Credit Suisse rusiyalı zənginlərin hesablarını kütləvi şəkildə bağlamağa başlayıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə «Forbes» jurnalı bank sistemindəki mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, banklar aktivləri ən azı 5 milyon dollar olan bir neçə müştərini hesabını qapatmağa məcbur ediblər. Buna razı olmayan müştərilər hər ay 1000 İsveçrə frankı abunə haqqı ödəməlidir. 

İsveçrə banklarının bu qərarı Rusiyaya qarşı qəbul olunmuş sanksiya qərarları ilə bağlıdır.
Bundan əvvəl banklar Anqola, Belarus və Türkmənistandan olan müştərilərinə də ölkələrinin sanksiyaya məruz qalması ilə bağlı oxşar məhdudiyyətlər yaratmışdılar. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA