"ABŞ-ın dünya liderliyinin ləğv edilməsi prosesi uzun və ağrılı olacaq" - Rusiyadan kəskin xəbərdarlıq

img

02-10-2015 [10:58]


"Mən başa düşürəm ki, köhnə vərdişləri unutmaq çox çətinliklə başa gəlir və dünyanın idarə edilməsində monopoliyadan heç kim ayrılmaq istəmir".  

Bunu Venesuela dövlət televiziyasına müsahibəsində Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib. Onun sözlərinə görə, ABŞ-ın dünya liderliyinin ləğv edilməsi prosesi uzun və ağrılı olacaq:  

"Mən əminəm ki, biz dünyanın bütün sferalarında cavabdehliyin bölünməsi ilə bağlı razılığa gələcəyik. Artıq siyasətdə, iqtisadiyyatda, maliyyədə çoxdan birqütblü dünya mövcud deyil. Qərbdən kənarda olan Asiya və Latın Amerikasında güclü iqtisadi və maliyyə mərkəzləri formalaşır. İqtisadi inkişaf və maliyyə gücünün ardınca siyasi təsir gəlir”(axar.az).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA