Məhkəmə prezidenti həbs etdi - Qərar

img

03-09-2015 [11:02]


Qvatemala məhkəməsi gömrük işi üzrə korrupsiya sxemində şübhəli bilinən hazırkı ölkə prezidenti Otto Peres Molinanın həbs olunması barədə qərar qəbul edib.


Bu barədə AzVisionaz "Reuters"ə istinadən xəbər verir. Molina dəfələrlə onun ünvanına səsləndirilən ittihamları rədd edib. 


Qeyd edək ki, daha əvvəl avqustun 21-i ölkənin vitse-prezidenti vəzifəsini tutan Roksana Baldettidə bu ittiham üzrə Prezident Molinanın toxunulmazlıq hüququ olsa da, sentyabrın 1-i ölkə Konqres onun toxunulmazlıq hüququnu ləğv edib. 


Prezidentə ölkəni tərk etmək qadağan olunub. Həmin vaxt Baş prokuror Peresə qarşı ittihamların hazırladığını bəyan etmişdi. 


64 yaşlı Otto Peres Molina 2011-ci ildən Patriotik partiyadan deputat seçilib. Növbəti prezident seçkiləri isə bu ilin sentyabr ayının 6-da keçiriləcək. Peres Qvatemala Konstitusiyasına görə yenidən seçkilərdə iştirak edə bilməz. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA