11-09-2015 [12:25]
Xalq artisti İlhamə Quliyeva əməkdar artist Elza Seyidcahanın onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.
Sənətkar ölkə.az-a açıqlamasında bildirib ki, bir zamanlar millət vəkilliyinə namizəd olub və seçicilərin etimadını qazansa da, son anda ona qarşı haqsızlıq edilib: "Elza bir daha sübut elədi ki, onun başı xarabdır. O, başından böyük qələt edib, çərənləyib. O, əməkdar artist olanda mən xalq artisti və iki orden sahibi idim. "Şərəf" və "Şöhrət" ordenlərim var, dünya sülh səfiriyəm. Elza mənə heç nə edə bilməz. Gör nə günə qalmışıq ki, Elza bizi məhkəmə ilə qorxudur. Vay o parlamentin halına ki orada it, siçan, pişik oynadan gedib oturacaq. O, parlamentdə otursa, millət vəkillərimiz xəcalət çəkərlər. Qulağının ardını görər. Başından böyük çərənləyib, onun da nəticəsini görəcək. Mən seçkidə iştirak edəndə gündüz saat üçdə artıq millət vəkili idim. Axşam saat 6-da məntəqədə lehimə verilmiş səsləri yandırdılar və zaman hər şeyi göstərdi. Səncə, İlhamə o adamdır ki, qapı-qapı düşüb özünə imza toplasın? Mənim yarım əsrlik sənət fəaliyyətim elə imzamdır. İki dövlətin xalq artistiyəm, sülh səfiriyəm, dövlət ordenlərinin sahibiyəm. Elza kimisi mənim ayağımın çeçələ barmağıdır. Özü də boynuna alır ki, zamanında ayağımı yuyub. Bəli, o, mənim ayağımı yuyub, suyunu da içməlidir. Elza kimilər ancaq buna layiqdirlər. O ki qaldı mahnısını oxumağıma, özü mənə yalvarıb. Mənə zəng edib dedi ki, bacım da, özüm də gələk qulluğunda duraq. Amma onu heç evimin kandarına buraxmamışam. Çünki onun nə işlərlə məşğul olduğunu bilirəm. Ağzımı açdırmasın, ortalığa şeylər çıxararam ki,Elza Azərbaycandan köçməli olar".
İlhamə Quliyeva Elza Seyidcahanın qızının toyuna getməməsi ilə bağlı isə bunları söyləyib:
"Rayonların icra başçıları əlindən zara gəliblər. Gedib pul istəyirsən. İcra başçılarını tapmayanda sürücüyə deyirsən ki, sür bazarkomun yanına. Birindən ət, birindən yağ, birindən kartof istəyirsən, ay dilənçi. Pulun dərdindən gündə toy edirsən. Düz deyirsən, səni adam bilib, oğlunun birinci toyuna gəlmişdim. Amma nə oğlun ikincə dəfə evlənəndə, nə də qızın ərə gedəndə toyuna gəlmədim. Çünki gördüm sən kimsən. Dilin də var danışırsan? Elza danışdıqlarını nəticəsini görəcək. Elə itə-qurda vaxtımı sərf etmək istəmirəm. Ağzını yummasa, məhkəməni də görəcək, cəriməni də. Əgər məhkəmə görmək istəyirsə, onu müflis edərəm. Bilmirəm o kimə arxayındır. Eləsi parlamentdə otursa, vay mənim xalqımın halına. Boynunun ardını görər. Mən məşəl daşımışam, amma o başına qəlyan qoyub məşəli, bayrağı təhqir edirdi. Ona məhkəmə düşür. Dilini qarnına qoysun, danışmasın, gizlənsin siçan meymun, it, pişik".
Qeyd edək ki, İlhamə Quliyeva Ölkə.Az-a belə bir açıqlama vermişdi: "Çox ayıb olsun ona. Heç nə demirəm. Getsin, onun heyvanları, qoşunları var, onlara konsert versin. Başına məşəl yerinə qəlyan qoyub. Meymun oynadan kəslər millət vəkili olmaq istəyirlərsə, vay o Milli Məclisin, deputatların halına. Elzanın bu fikrini pisləyirəm. Getsin mahnılarını yazsın, heç oxumasın. Oxumağı da ayıbdır. Savadlı musiqiçidir, bəstəkardır, buna sözüm yoxdur".
Elza Seyidcahan isə axsam.az-a açıqlamasında bunları demişdi: "Onun sözləri mənə təsir etmədi. Bilsəydim ki, mənə canıyanan, məntiqli biri məsləhət verir, o zaman qulaq asardım. Onu məhkəməyə vermək üçün lazımi qədər dəlilim var. Ağıl yaşda yox, başdadır. Bundan əvvəl də haqqımda çox sözlər danışıb. Azərbaycan bayrağını təhqir edən, məşəli qəlyan adlandıran birini məhkəməyə vermək lazımdır. Qəlyan qadına yaraşar? Heyvanların qorunması üçün konsert vermişəm deyə, məni meymun adlandırır. Bu cinayətdir. Hər bir Azərbaycan vətəndaşının millət vəkilliyinə namizədliyini irəli sürmək haqqı var. Mənə deyəndə filankəs millət vəkilliyinə namizəd olub, cavab verirəm ki, "uğurlar”.
E.Seyidcahan İ.Quliyevanın da bir vaxtlar millət vəkili olmağı arzuladığını iddia edib:
"Nəsimi rayonunun ərazisində yaşayıram, neçə il bundan əvvəl İlhamə Quliyeva qapı-qapı gəzib, insanlardan səs toplayırdı. Millət vəkili olmaq, parlamentdə oturmaq onun ən böyük arzusu idi. Alınmadısa, mən nə edim? Mən şou-biznes adamı deyiləm. Həmişə ciddi əsərlər yazmışam. Zamanın nəbzini tutan biriyəm. Qapı-qapı gəzib dayımdan, əmimdən, qonşularımdan pul yığıb övladlarımı böyütməmişəm ki... Toylara da, şou-proqramlara da getmişəm, halal pulumu qazanmışam, bacı-qardaşıma, övladlarıma baxmışam. Əlimdən gəldiyi qədər imkansızlara kömək olmuşam. Bunları reklam etməyə ehtiyacım yoxdur. Qazandığım pulla mahnılarımı aranjiman etdirmişəm. İlhamə xanıma qarşı heç vaxt hörmətsiz davranmamışam. Yeri gəlib, xəstələnəndə onun ayaqlarını da yumuşam, bahalı hədiyyələr aparmışam. Ona görə yox ki, başqaları kimi ondan qorxuram. Üzünə gülüb, arxada qeybətini etmirəm. Çünki mən ailə tərbiyəsi almışam. O insan hörmət, yaxşılıq bilmir. Özü diliylə deyir ki, mənə pislik edin. Onun bu tələbini etməyəcəyəm. Müdrik olacağam. Millət vəkili seçilsəm sülh yaradacağam”.
E.Seyidcahan özünü şou-biznesdə görmədiyini də bildirib:
"Mənim layihələrim şou xarakterli olmayıb. Onu İlhaməkimilər şoulaşdırır. Çıxır efirdə nə gəldi danışır. Arxivdə Elzanın da, İlhamənin də çıxışlarına baxın. Mən nəinki özümü, heç pişiyimi də təhqir etmələrinə icazə vermərəm. Onu keçirdiyim "Uğura doğru” konsertimə çağırdım. Müsahibə verdi ki, səviyyəsiz yerdə nə işim var. Əgər mən səviyyəsizəmsə, evimdə, oğlumun toyunda nə işi var? Mahnımı ("Ağ çiçəyim” – red.) niyə oxuyursan? Məndən nə istəyir? Mən də başqaları kimi çıxım efirdə deyim ki, "o, xanım yox, İlhamədir?". Sonra da gəlsin desin ki, "Səninlə duet oxumaq istəyirəm”. İlhamə xanım, sizi təhqir etmək istəmirəm. Amma bu sözlərin cavabını verəcəksiniz. Əməkdar artisti, iki uşaq anasını təhqir etmək nə deməkdir? Mən İlhamə xanımdan fərqli olaraq sənət dostlarım arasında mehriban biri kimi tanınıram. Yığır başına müğənniləri, böyüyü kiçiyin üzünə, kiçiyi böyüyün üzünə ağ edir. Bir-birinin ardınca pis sözlər dedizdirir, ortada qoyursunuz. Siz sülh nədir bilmirsiniz. Allah sizə şəfa versin”.
Gürcüstanda xarici maliyyələşmə və siyasi fəaliyyətlə bağlı qaydalar sərtləşdirilir
Rusiya ordusu Xarkovda bazara zərbə endirib, yaralılar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Deputat: "Fövqəladə hallarla bağlı satınalmalar və xidmətlər sürətli rəsmiləşdirilməlidir"
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə gedib
Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
KİV: İran və ABŞ nüvə sazişi üzrə danışıqları bərpa edir
Ermənistan Hindistanla hərbi-texniki əməkdaşlığı davam etdirməyə hazır olduğunu bəyan edib
Trampın xüsusi elçisi sabah İsrailə səfər edəcək
İranda iğtişaşlarda iştiraka görə 4 əcnəbi həbs edilib
5 rayonda tədbirə 310 min manat xərclənəcək - Komitə yeni ilin ilk ayından büdcənin "başını açıb"
Niderland vətəndaşı Ermənistanda həbs edilib
"Fənərbağça" gənc oyunçunu icarəyə götürüb
"Barselona" Fermin Lopezin müqaviləsini uzadıb
Portuqaliya "Kristin" fırtınasından sonra bərpa işləri üçün 2,5 milyard avro ayıracaq
"Yuventus" Mauro İkardini radarına alıb - Danışıqlar başlayıb
"Fatih Karagümrük" oyunçusu ilə yollarını ayırdığını açıqlayıb
"Beşiktaş" Aqbadu üçün yenidən danışıqlara başlayıb
Ciro İmmobile "Paris FC" klubuna keçid edib
Sabahın hava proqnozu açıqlanıb
Nigeriya qoşunlarını Benindən çıxarır
Onlar İTV-nin Yayım Şurasının üzvü seçildi - MM təsdiqlədi
"Pensiyalar yaxın günlərdə artacaq" - Deputat
Baş Prokurorluqda yeni təyinat olub
İKİ KOMİSSİYA YENİDƏN FORMALAŞDIRILDI - Bu deputatlar üzv oldu
Manyak milyarderdən hamilə qalan şahzadə üzr istədi: "Peşmanam, bu, utanvericidir!"
Sedat Peker məşhur aktrisanın borcunu bağlayıb - 2 milyon TL-dən çox
Müdafiə Nazirliyi açıqlama yayıb
NAXÇIVANLA BAĞLI QƏRAR TƏSDİQLƏNDİ - Ali Məclis və Nazirlər Kabinetinin səlahyyəti azaldı - Başqa hansı dəyişikliklər var?
Azərbaycan Gənclərinin XI Forumu keçirilir - FOTO
"Səfalı" MTK-dan mənzil alan sakinlər şikayətçidirlər - VİDEO
Məktəblər dezinfeksiya edilir ki? - Nazirliik eyni şirkətlə 5.6 milyonluq sövdələşmədə imzaladı
Milli Məclisin iclası başlayıb
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
“Ballı” Marketlər Şəbəkəsinin sahibini öldürmək istəyiblər
“Sirab”ın sahibi yeni şirkət yaradıb
Epşteyn qalmaqalı və kabus kimi suallar... - TƏHLİL
Prezident İlham Əliyev gənclərə müraciət ünvanlayıb - MƏTN
"Fənərbağça"nın hücumçu klubdan ayrılır?
Türkiyədə bələdiyyə sədri ölümdən son anda xilas oldu - VİDEO