Türk komandoslardan möhtəşəm qisas əməliyyatı: "Hələlik 73 ölü, 25 sağ PKK-çı saymışıq”

img

08-09-2015 [15:12]


Türkiyədə Hakkari vilayətinin Dağlıca bölgəsindən PKK terrorçuları tərəfindən şəhid edilən 16 əsgərin intiqamı alınıb.

 "İhlas" xəbər agentliyinin məlumatına görə, Türkiyə Sialhlı Qüvvələrinin Xüsusi Təyinatlı (bordo bereli) tağımının 12 əsgəri şəhid olmuş türk əsgərlərinin əvəzində onlarla terrorçunu məhv edib və sağ ələ keçirib.

Sentyabrın 7-də "ratsiya"larını söndürüb xəbərsiz yoxa çıxan "bordo bereli”lərdən bu gün xəbər çıxıb. Hadisə ilə əlaqədar belə açıqlama verilib: "Biz yoxa çıxmamışıq. "Bordo bereli” tağımı "geri dön” əmri almamaq üçün ratsiyanı söndürüb və dünən gecədən yağışlı, dumanlı havada bu gün günorta vaxtına qədər yüzlərcə terrorçu öldürüb. Tək birimizin burnu belə qanamadan. Hələlik 73 ölü, 25 sağ PKK-çı saymışıq”. 

lent.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA