Türkiyədə barış mitinqində dəhşətli terror aktı: canlı bomba partladıldı, 26 ölü, xeyli yaralı var

img

10-10-2015 [13:19]


Türkiyənin paytaxtı Ankarada qatar dayanacağında iki ayrı yerdə dəhşətli terror baş verib.

Mia.az xəbər verir ki, canlı intihar bombasının törətdiyi güman edilən partlayışda ən azı 26 nəfərin həyatını itirdiyi bildirilir. Xeyli yaralı var. İlkin xəbərdə 100-dən çox yaralı olduğu bildirilir. Ölənlərin sayının artacağı da istisna olunmur... 

İlkin məlumata görə, canlı bomba 5 saniyə aralığı ilə bir-birinə yaxın məsafələrdə partladılıb.

Məlumata görə, hadisə bu gün baş tutacağı planlanılan Türk-Kürd barış mitinqinə gedənlərin toplandığı ərazıdə baş verib.

Bu dəqiqlərdə təcili yardım həkimləri dayanmadan qan anonsları verir, təcili qan ehtiyatına ehtiyac olduğunu bəyan edirlər.. Ərazi polis və təhlükəsizlik qüvvələrinin nəzarətinə götürülüb. Hadisə yerində bir neşə şübhəlli çantalar da var. Hazırda onların zərərsizləşdirilməsi prosesi gedir...



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA