Separatçılara ət daşıyan azərbaycanlı dəstə saxlandı - İlginc olay

img

21-07-2015 [16:58]


Ukrayna könüllüləri işğal edilmiş Donetsk vilayətinə ət aparan azərbaycanlı alverçiləri yaxalayıb. 

Mia.az Anspress-ə istinadən xəbər verir ki, bu barədə "Pressa Ukrainı” qəzeti yazıb. 9 nəfər azərbaycanlı alverçidən 10 ton ət müsadirə edilib. 

Ukrayna hakimiyyətinin qaçaqmalçılığa qarşı mübarizəyə cəlb etdiyi könüllülərdən biri Rodion Şovkoviçnıy qeyd edib ki, gecə vaxtı saxlanan azərbaycanlılar 5 maşında ət aparırmışlar. Onların dediyinə görə, əti Donetskdə ət satan azərbaycanlı alverçilərə təhvil verməli imişlər. 

Könüllüləri saxladıqları azərbaycanlıları vergi xidmətinə təhvil veriblər. Ukrayna Cinayət Məcəlləsinə görə, azərbaycanlı alverçilərə 6 ilə qədər həbs cəzası verilə bilər. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA