Polis iki rayonda əməliyyat keçirdi, saxlanılanlar var

img

14-07-2015 [17:34]


Rayon polisləri narkotik vasitə yetişdirən şəxslərə qarşı əməliyyat keçirib.

AzNews.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Göygöl RPŞ əməkdaşları tərəfindən şəhər sakinləri İntiqam Məmmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 8 ədəd çətənə kolu, özündən isə 655,91 qram marixuana, Sahib Məmmədova məxsus həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilən 3 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Oxşar əməliyyat İsmayıllıda da keçirilib.

İsmayıllı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İsmayıllı kənd sakini, əvvəllər məhkum olunan Hikmət Abdurazaqova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilib, çəkisi 18 kiloqram olan 57 ədəd çətənə kolu aşkar edilərək götürülüb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA