Sabirabadda dəhşət: Qohumunu öldürdü, özünü güllələdi

img

11-07-2015 [12:31]


Sabirabadda dəhşətli hadisə baş verib.

APA-nın Mil Muğan bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Moranlı kəndində qeydə alınıb.Kənd sakini, 1974-cü il təvəllüdlü Firdovsi Emin oğlu Təhməzov aralarında yaranan münaqişə zəminində qohumu, 1985-ci il təvəllüdlü Natiq Əlövsət oğlu Təhməzovu tüfənglə güllələyərək qətlə yetirib.

Hadisədən sonra F. Təhməzov qətl törətdiyi silahla özünü də gülləyərək intihar edib.

Hazırda faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA