Şəkidə şok intihar; Ərinin xəyanətini gördü, sirkə içdi

img

10-07-2015 [10:59]




Şəkidə üç uşaq anası sirkə turşusu içərək intihar edib.
Yerli hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, iyulun 8-də rayonun Böyük Dəhnə kənd sakini, üç uşaq anası, 1966-cı il təvəllüdlü Gülnar Mircavad qızı Hacıyeva hələ kiistintaqa məlum olmayan səbəbdən intihar etmək məqsədilə sirkə turşusu içib.

G. Hacıyeva ağır vəziyyətdə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, o, iyulun 9-da xəstəxanada ölüb.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Kənd sakini Siyavuş Məmmədəliyevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə qısqanclıq səbəbindən baş verib. Belə ki, intihar edən G.Hacıyeva uzun müddətdir Rusiya Federasiyasında yaşayan həyat yoldaşı ilə skayp vasitəsilə danışarkən kamerada ərinin Moskvadakı həyat yoldaşını, onun uşaqlarını və öz böyük oğlunu görüb.

Bundan qəzəblənən xanım sirkə tutşusu içib və canına qəsd edib.

Qeyd edək ki, özünü öldürən xanım Böyük Dəhnə kəndindəki uşaq bağçasında texniki işçi olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA