Bakı-Qazax yolunda dəhşətli qəza: ölənlər və yaralananlar var

img

10-07-2015 [11:04]


Tovuzda dəhşətli yol qəzası baş verib.

AzVision.az xəbər verir ki, hadisə bu gün saat 08.40 radələrində Bakı-Qazax magistral yolunun Qovlar şəhər ərazisində baş verib. Bakı istiqamətində hərəkətdə olan "Daewoo”markalı avtobusla "Mercedes" markalı minik maşını toqquşub. Minik avtomobilində olan 4 nəfər sərnişin dünyasını dəyişib. Avtobusda olan sərnişinlər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ölənlərin kimliyi hələ ki, məlum deyil. Bir ailənin üzvləri olduğu ehtimal edilir. Hadisənin baş vermə səbəbləri araşdırılır.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA