Bakıda maşınları qəsdən yandıran şəxs tutuldu

img

09-07-2015 [14:00]


DİN Baş Cinayət Axtarışı İdarəsi, Bakı BPİ-nin Cinayət Axtarışı İdarəsi və Suraxanı RPİ 32-i PB əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakıda maşınları qəsdən yandıran şəxs tutulub.

MİA.az DİN mətbuat xidmətinə istinadən xəbər verir ki,  iyulun 3-də Qaraçuxur qəsəbəsində Malik Əliyevə, Oqtay İzətullayevə, Leyla Kərimovaya və "Socar Cape” şirkətinə məxsus avtomobilləri qəsdən yandırmış Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Fuad Xuduşov tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA