Bakıda polis əməkdaşı və həyat yoldaşını döydülər

img

08-07-2015 [11:11]


Bakıda xuliqanlıq hadisəsi baş verib. Sabunçu Rayon Polis İdarəsindən (RPİ) APA-ya verilən məlumata görə, Sabunçu RPİ Post Patrul Xidməti Bölüyünün polis serjantı, Elnur Böyükağa oğlu Əzizov və həyat yoldaşı, 1983-cü il təvəllüdlü Nuriyyə Gülbala qızı İsgəndərova naməlum şəxslər tərəfindən döyülüb.
Həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxslərin Bakı şəhər sakinləri, 1964-cü il təvəllüdlü Zakir Vəli oğlu Səfərov və 1959-cu il təvəllüdlü Əbülfəz Vəli oğlu Səfərov olduğu müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA