Bakıda həkimi evə çağırdılar, sonra bıçaqla hədələdilər (FOTO)

img

07-07-2015 [12:35]


Bakıda 10 saylı təcili tibbi yardım stansiyasının həkimi Şəfəq Alıyevanın boğazına bıçaq çəkilib.
 
Mia.az xəbər verir ki, bu barədə "Qafqazinfo”ya həkimin jurnalist bacısı Günel Şahmalıqızı məlumat verib. Hadisə iyunun 5-i gecə saat üç radələrində Xəzər rayonu Binə qəsəbəsi Yeni Sahə adlanan ərazidə baş verib. 
 
Belə ki, çağırış  zamanı sözügedən əraziyə yollanan həkim xəstə Cahangir Əliyevə tibbi yardım göstərib. Bu zaman xəstənin oğlu Elbrus Əliyev həkimlərin gec gəldiyini bəhanə edərək Şəfəq Alıyevanın boğazına bir neçə dəfə bıçaq dirəyib, onu söyüşlərlə təhqir edib. Sonra isə həkimi boğazını kəsəcəyi ilə hədələyib. Bundan sonra isə tibb bacısının üzərinə bıçaq çəkib. Hadisə barədə həkimlər dərhal "102” xidmətinə zəng vurub və təcili tibbi yardım maşını ilə stansiyaya qayıdıblar. C. Əliyev onların dalınca stansiyaya gələrək yenidən hədə-qorxu gəlib.
 
Hazırda faktla bağlı Xəzər rayon Polis İdarəsinin ikinci bölməsində araşdırma aparılır. Həkimlərdən izahat alınıb. Hadisə araşdırılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA