Bakıda 21 yaşlı oğlan anasını qətlə yetirib

img

07-07-2015 [11:08]


Bakıda qətl hadisəsi baş verib.
 
Nizami Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Mehdi Abbasov küçəsi ev 33-də qeydə alınıb.
 
1994-cü il təvəllüdlü Siyavuş Zöhrabov qısqanclıq zəminində anası, 1970-ci il təvəllüdlü Tahirə Zöhrabovaya bıçaqlayaraq qətlə yetirib. Hadisəni törədən S.Zöhrabov tutulub.
 
Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA