Zavodda baş verən partlayışla bağlı- Cinayət işi açıldı

img

06-07-2015 [23:14]


Müdafiə Sənayesi Nazirliyinin Telemexanika zavodunda baş verən qəza ilə bağlı cinayət işi açılıb.

Mia.az xəbər verir ki, Şirvan şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, bu gün Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən Telemexanika zavodunda baş verən hadisə ilə bağlı Cinayət Məcəlləsinin 223.2 (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, bu gün saat 11:30 radələrində zavodun sexlərinin birində yaranmış qısaqapanma nəticəsində sıçrayış olub və nəticədə 20 kvadratmetr sahədə yanğın baş verib.

Baş verən hadisə zamanı 1 nəfər ölüb, 6 nəfər isə xəsarət alıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA