“Qara Rəhilə”nin cinayət işi prokurorluğa qaytarıldı - Məhkəmə prosesi

img

06-07-2015 [12:43]


Bakı Ağır Cinayətlər Məhkəməsində Rəhilə İsmayılova, Məleykə Şamilova, Mətanət Şamilova, Natəvan Şamilova və Məcid Şamilovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə dövlət ittihamcısı Fərid Nağıyev bu gün keçirilən hazırlıq iclasında cinayət işini məhkəmə baxışına verilməsini istədi. Məhkəmə heyəti cinayət işinin Bakı Şəhər Prokurorluğuna qaytarılması barədə qərar qəbul etdi. Bunun səbəbi ittiham aktının düzgün tərtib edilməməsi, təqsirləndirilən şəxslərin ittiham olunduqları maddələrin düzgün verilməməsi ilə bağlı olub.

Xatırladaq ki, Sumqayıt şəhər sakini, 1954-cü il təvəllüdlü Rəhilə İsmayılova Sumqayıt və Bakıda çoxsaylı oğurluq və cibgirlik əməlləri törətməkdə təqsirli bilinir.

R.İsmayılova sonuncu dəfə 2012-ci ildə Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. O, 2014-cü ilin may ayında azadlığa buraxılıb. Amma cəmisi 3 ay azadlıqda qala bilib.


R.İsmayılova "oğru” aləmində "Qara Rahilə” kimi tanınır. R.İsmayılov əvvəllər də cibgirlik və narkotik maddə saxlamaqda ittiham olunaraq 10 dəfədən artıq məhkumluq həyatı yaşayıb. "Qara Rəhilə” və onunla birgə həbs olunan şəxslərin əməllərindən zərər çəkənlərin sayı 15 nəfərdir(Virtualaz.org).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA