Sığortasız maşın sürənlərə bəd xəbər - Radarlar sizi çəkəcək

img

02-07-2015 [14:18]


Bu ilin sonun kimi Azərbaycanda avtomobillərin sığortalı olub-olmamasının radarlar vasitəsilə müəyyən edilməsi mümkün olacaq.
Bunu Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) rəisi Namiq Xəlilov jurnalistlərə açıqlamasında bildirib.
N. Xəlilovun sözlərinə görə, bu gün artıq Dövlət Yol Polisinin müəyyən texniki vasitələri var ki, onlar avtomobilin nömrəsini oxumaqla avtomobil barədə məlumatları əldə edə bilirlər. "Yaxın zamanlarda həmin texniki vasitələr İcbari Sığorta Bürosunun məlumat bazasına inteqrasiya olunacaq və radara düşən avtomobilin sığortalı olub-olmaması müəyyən ediləcək. Müəyyən texniki məsələlər həll olunandan sonra, bu, cari ilin sonuna mümkün olacaq”, - deyə o qeyd edib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA