Lənkəranda nə baş verir? - Şok statistika açıqlandı

img

26-06-2015 [17:12]


Hər il iyun ayının 26-sı dünyada narkotikaya və narkobiznesə qarşı mübarizə günü kimi qeyd edilir. Son əsrlərin ən dəhşətli bəlası indi də cənub bölgəsində ən ağrılı sosial problemə çevrilib.

Mia.az Anspress-ə istinadən xəbər verir ki, Lənkəranda narkotik istifadəçilərinin sayında müşahidə olunan artım rayon rəhbərliyini və əlaqədar qurumları ciddi hərəkətə keçirib. Rayonda narkomaniyaya yox deyək devizi altında təşkil olunan elmi praktik konfransda səslənən rəsmi rəqəmlər cəmiyyətə həyəcan siqnalı olub.

Qeyd edək ki, Lənkəranda son 5 ildə narkoistifadəçilərin sayı iki dəfə artıb. Onlardan biri, 36 yaşlı Həmzə Məmmədov (şərti ad) deyir ki, bu bəlaya Rusiyada tutulub.

"Bu bəla maşını aldı, evi aldı. Əlimdə heç nə qalmadı”, - deyə Həmzə Məmmədov bildirib.

Həmzə zərərli vərdişdən xilas yolunu ailə qurmaqda görüb. Lakin ailə qurub və iki uşaq atası olsa da, narkotikdən yaxasını qurtara bilməyib. Hazırda Lənkəran rayonlararası Narkoloji Dispanserində müalicə alır. Onun kimi müalicə alanlarınn hamısı yenidən normal həyata qayıtmaq arzusundadır. Xəstəxananın baş həkimi Vüqar Əliyev deyir ki, narkotikə bulaşanların sayı durmadan artır.

"2010-cu ildə Lənkəranda 1235 nəfər narkotikdən istifadə edən qeydiyyatda durub. 2015-ci ilin 6 ayını da əlavə etdikdə bu rəqəm 2157 nəfər olur. Təxminən iki dəfə artım var. 5 il ərzində artımın əsas səbəbləri Lənkəranın tranzit yolun üstündə olmasıdır. Qonşu Asiya ölkələrinə yaxındir, sərhəd zonasında yerləşir”, - deyə Vüqar Əliyev bildirib.

Mütəxəssislər isə bu dəhşətli bəladan çıxış yolunu qabaqlayıcı prafilaktiki tədbirlərin görülməsində, ailə, məktəb, cəmiyyət birliyinin birgə səmərəli fəlaiyyətində görürlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA