Öldürülən transseksualın qatili danışdı: “Xəyanət etdi”

img

24-06-2015 [12:25]


Bakının Səbail rayonu, Axundov bağının yaxınlığındakı mənzildə qətlə yetirilən 1988-ci il təvəllüdlü Dəmirova Ayla Altay qızını qətlə yetirən şəxs saxlanılıb.

Mia.az Report"a istinadən xəbər verir ki, Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı 1995-ci il təvəllüdlü Əliyev Şahlar Həmid oğlu tutularaq istintaqa təqdim edilib. Onun barəsində Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin (CM) 120.1 (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisə zamanı daha iki nəfər xəsarət aldığından, istintaqın gedişi zamanı Ş.Əliyevə CM-də nəzərdə tutulan daha ağır maddələrlə ittiham elan ediləcəyi istisna edilmir. Cinayəti törədən şəxslə qətlə yetirilən A.Dəmirova sevgili olublar. Ş.Əliyev ifadəsi zamanı A.Dəmirovanı ona dostu ilə birlikdə xəyanət etdiyinə görə qısqanclıq zəminində qətlə yetirdiyini bildirib.

Qeyd edək ki, qətlə yetirilən Ayla Dəmirova keçən ay mətbuatın gündəminə avtomobil qəzası törətməsi ilə gəlib. Həmin vaxt məlum olmuşdu ki, o, əvvəllər Dəmirov Hətəmpaşa Altay oğlu olub, lakin sonradan cinsini və şəxsiyyət vəsiqəsində adını dəyişdirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA