Adam bıçaqlayan general oğlu ilə bağlı yeni xəbər

img

24-06-2015 [12:20]


Daxili İşlər Nazirliyi (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Şərif Əsədullayev oğlu Tamerlan Əsədullayev azadlığa buraxılmayıb.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudovun Modern.az saytına verdiyi məlumata görə, Tamerlan Əsədullayev hələ istintaq altında saxlanılır: "O, Bakı İstintaq Təcridxanasında saxlanılır. Tamerlan Əsədullayev inzibati cəza almayıb. Ona məhkəmənin qərarı ilə ittiham elan olunub. İstintaq davam etdirilir”.

Tamerlan Əsədullayev Cinayət Məcəlləsinin 126.2.4 (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham olunur.Baş Prokurorluğun məlumatına görə, aprelin 10-da Bakının «Senator» restoranında Tamerlan Əsədullayevin iştirakı ilə dava-dalaş baş verib. Davada bir nəfər bıçaqlanaraq yaralanıb. Tamerlan Əsədullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, Yasamal rayon Məhkəməsinin müvafiq qərarı ilə barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilib.

Məlumata görə, Tamerlan Əsədullayevin həbs olunmasını atası general Şərif Əsədullayev xahiş edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA