Bakıda marşurut aşdı: yaralı var

img

23-06-2015 [17:52]


Bakıda sərnişin avtobusu qəzaya uğrayıb. Hadisə şahidlərinin verdikləri məlumata görə, Bayıl ərazisində "Tarelka” adlanan ərazidə 5 saylı avtobus dərəyə aşıb.

Qəza nəticəsində bir nəfər xəsarət alıb. Yaralı xəstəxanaya aparılıb. Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsi müdir müavini Vüqar İbrahimlinin ANS PRESS-ə qəza barədə xəbəri təsdiqləyib.

Onun sözlərinə görə, qəza avtobusun sərt döngəni dönərkən əyləc sisteminin işləməməsi səbəbindən baş verib.

"Qəza baş verərkən avtobusun içərisində sərnişin olub. Lakin xoşbəxtlikdən xəsarət alan olmayıb.”, - deyə Vüqar İbrahimli bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA