ANS-in aparıcısı qəza törətdi - FOTO

img

22-06-2015 [13:26]


ANS telekanalının məşhur simalarından biri olan Nigar Mahmudova idarə etdiyi avtomobil ilə zəncirvari qəzaya səbəb olub

Mia.az publika.az-a istinadən xəbər verir ki, Dərnəgül yolunda qeydə alınan hadisə zamanı Mahmudovanın idarə etdiyi  90-HB-373 dövlət nömrə nişanlı  "KİA” markalı avtomobil ilə yanaşı, daha 2 avtomobilə də ziyan dəyib. Hadisə Dərnəgül yolunda, körpünün üstündə baş verib.

Qəzaya səbəb kimi ara məsafənin düzgün seçilməməsi göstərilir. Qarşısındakı avtomobilin dayandığının fərqinə varmayan Mahmudova əyləci basmağa gecikib. Beləliklə, alagözlü aparıcı qarşısındakı avtomobili vurub.
 
Hadisə zamanı xəsarət alan olmayıb.
 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA