Prodüsserdən kriminal hərəkət: Zorla qız qaçırdı, polisə düşdü

img

22-06-2015 [12:58]


Müğənni Niyam Səlaminin prodüsseri Eldəniz İsrafilovun saxlanılması barədə məlumat daxil olub. Məlumata görə, E.İsrafilovun barəsində Sumqayıt şəhər Baş Polis İdarəsinin 4-cü polis bölməsinə şikayət daxil olub. Deyilənlərə görə, şikayətdə Eldəniz İsrafilovun borclu olduğu və adam qaçırmada günahkar olduğu deyilir.

Deyilənlərə görə, Eldənizin köməyi ilə Bakıdan Sumqayıta gələn gənc xanım müğənni maşından qaçırılıb.

Məsələni dəqiqləşdirmək üçün Sumqayıt şəhər Baş Polis İdarəsinin 4-cü polis bölməsilə əlaqə saxladıq. İşi araşdıran bölmənin baş təhqiqatçısı, polis mayoru Rafiq Quliyev ANS PRESS-ə açıqlamasında Eldəniz İsrafilov barəsində şikayət daxil olması faktını təsdiqləyib. Onun sözlərinə görə, hələlik heç kim saxlanılmayıb.

"Eldəniz İsrafilov barəsində vətəndaş şikayət edib. O, şikayətində bildirib ki, Eldəniz İsrafilov ona pul borcludur. O, şikayətində qız qaçırma barədə də yazıb. Lakin bunlar hələlik şikayətdir. Bu barədə tam açıqlama vermək istəmirəm. Şikayətlə əlaqədar Eldəniz İsrafilov 4-cü bölməyə dəvət olunub. Hələlik o, gəlməyib. Ondan izahat alınacaq və iş araşdırılacaq", - deyə Rafiq Quliyev bildirib.

Bu barədə araşdırmamız davam edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA