DİN rəsmisi: "Azərbaycanda artıq nə “narkobaron“ var, nə də “vorzakon""

img

19-06-2015 [14:01]


Daxili İşlər Nazirliyi Bakıda "narkobaron" bıçaqlanması ilə bağlı mətbuatda yayılmış məlumata münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov milli.az-a açıqlamasında deyib ki, bəzi mətbuat oranlarında "narkobaron" və ya "vorzakon" bıçaqlanması ilə bağlı yayılanlar şişirtmədir. Rəis müavininin sözlərinə görə, Azərbaycanda cinayətkarlığa qarşı aparılan ciddi mübarizənin nəticəsidir ki, artıq ölkədə nə "narkobaron" var, nə də "vorzakon". Onların kökü 1994-cü ildə kəsilib.
 
Suraxanıda baş verən hadisəyə gəlincə, E.Zahidov qeyd edib ki, həmin rayonun polis əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində bir nəfərdən heroin götürülüb. Aparılan tədbirlərin davamı olaraq müəyyən edilib ki, ona narkotik maddəni satan Aydın Bağırov və onun ögey oğlu Ənvər Məmmədovdur. Onların hər ikisi əvvəllər məhkumluq həyatı yaşayıb.

 Ehsan ZAHİDOV

Polisin onları yaxalayacağını hiss edib özlərinə bıçaqla xəsarət yetiriblər. Onların bütün cəhdlərinə baxmayaraq, polis onları zərərsizləşdirib. Evlərinə baxış zamanı 330 qrama yaxın heroin götürülüb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib, müalicə olunurlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA