Bakı Ağır Cinayətlər Məhkəməsində qan töküldü, məhkum özünü doğradı

img

11-06-2015 [17:29]


Bakı Ağır Cinayətlər Məhkəməsində bu gün dəhşətli hadisə baş verib. Hakim Faiq Qəniyevin sədrliyi ilə keçən məhkəmə prosesində ittiham olunan Xəyyam adlı şəxs məhkəmə zalında, kamerada ülgüclə özünə xəsarət yetirib. 

Əldə etdiyimiz məlumata görə həmin şəxs Cinayət məcəlləsinin 181-ci maddəsi ilə ittiham olunub və törədilən cinayətdə sürücü qismində iştirak edib.

Prokuror ona 13 il 6 ay iş istədiyinə görə özünə xəsarət yetirib. 

Məsələnin maraqlı olan tərəfi odur ki, ittiham olunan şəxs həmin ülgücü hansı vasitə ilə kameraya keçirib.

Femida.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA