Narkotiklə tutulan şəxs 7 aydan sonra bəraət aldı - Azərbaycanda

img

11-06-2015 [13:44]


Abşeron Rayon Məhkəməsində hakim İlham Kərimlinin sədrliyi ilə keçən məhkəmə iclasında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə cinayət törətməkdə təqsirləndirilən Elşad Babayev barəsində bəraət hokum çıxarılıb. 

Belə ki, məhkəmə E.Babayevi cinayət törətməkdə təqsirli bilməyib və o, məhkəmə iclas zalından azadlığa buraxılıb. Təqsirləndirilən şəxsin vəkili, Vəkillər Kollegiyasının və Beynəlxalq Hüquq Assosasiyasının üzvü Paşa Səfərovun verdiyi məlumata görə, cinayət işinin mürəkkəbliyi səbəbindən 7 aydan artıq davam edən məhkəmə çəkişməsi nəhayət ki, sona yetib. Məhkəmə iclasına sədrlik edən İ.Kərimli cinayət işi üzrə toplanmış sübutlara düzgün və ədalətli qiymət verib. Nəticədə günahsız olan bir şəxs layiq olmadığı cəzaya məruz qalmayaraq azadlığına qovuşub. "Təqsiri olmayan heç kəs cəzaya məruz qala bilməz. Təqsirsiz şəxsi cinayət məsuliyyətindən azad etmək üçün vəkillərin üzərinə həm ağır, həm dəş ərəfli bir vəzifə qoyulub. Biz bu zəhmətin nəticəsini gördük. Gec də olsa ədalət öz sözünü dedi” - deyə, vəkil bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA