Kriminal aləmin “Seyid”i tutuldu

img

10-06-2015 [12:18]


Bakıda avtomobilləri yandıran şəxs tutulub.

Mia.az APA-ya istinadən xəbər verir ki, Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Qaraçuxurda 20-yə yaxın avtomobili yandırmaqda şübhəli bilinən, 1979-cu il təvəllüdlü Səfər Zöhrab oğlu Mahmudov saxlanılıb.

Məlumata görə, S. Mahmudovun kriminal aləmlə yaxın əlaqələri var. O, bu aləmdə "Dəli Səfər” ləqəbi ilə tanınır.

Qeyd edək ki, son vaxtlar Suraxanıda vətəndaşlara məxsus nəqliyyat vasitələrinin qəsdən yandırılması barədə mətbuatda məlumatlar yayılıb. Rayonun Qaraçuxur qəsəbəsində bir gecədə 10-dan çox avtomobil yandırılıb. Avtomobili yandırılanlar arasında kriminal aləmdə "Seyid” ləqəbi ilə tanınan avtoritet də var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA