Putindən Nazarbəyova böyük jest - Rusiya prezidenti fərman verdi

img

09-06-2015 [00:42]


Rusiya prezidenti Vladimir Putin Qazaxıstan prezidenti Nursultan Nazarbayevi "Aleksandr Nevski” ordeni ilə təltif edib.
 
Rusiya prezidentinin mətbuat xidmətinin verdiyi xəbərə görə, Putin artıq müvafiq fərmanı imzalayıb.
 
Qeyd edək ki, "Aleksandr Nevski” ordeni 1725-ci ildə təsis edilib. 1917-ci ildə ləğv edildikdən sonra 1942-ci ildə təzədən bərpa edilib. 
 
Bu günədək 97 nəfər həmin ordenə layiq görülüb. Onların arasında Belarus prezidenti Aleksandr Lukaşenko, müdafiə naziri Sergey Şoyqu, patriarx Kirill də var(Musavat.com).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA