Pakistan İsrailin "Sumud" flotiliyasına hücumunu pisləyib

img

02-10-2025 [10:18]


Pakistan İsrail hərbçilərinin Qəzzaya humanitar yardım daşıyan "Sumud" flotiliyasına hücumunu pisləyib.

Bu barədə ölkənin baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar "X" sosial şəbəkəsində paylaşım edib.

"Pakistan İsrailin "Sumud" flotilasının qarşısını almasını və aktivistlərin beynəlxalq hüququn kobud şəkildə pozulması ilə saxlanılmasını qətiyyətlə pisləyir. Biz dərhal atəşkəs, blokadanın qaldırılması, aktivistlərin tezliklə azad edilməsi və Qəzzaya maneəsiz yardım göstərilməsini tələb edirik", - o vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Qəzzaya humanitar yardım daşıyan flotiliyanın hərəkətinə İsrail tərəfindən icazə verilməyib./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA